Almaniyada solçu radikallar “Rheinmetall” müdafiə konserninin rəhbəri Armin Pappergerin bağ evini yandırıblar.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, üstəlik, onlar bu hərəkəti şirkətin Ukraynaya silah tədarükü ilə əlaqələndiriblər.
“Bild”in məlumatına görə, yanğın aprelin 30-da səhər saatlarında Aşağı Saksoniya federal əyalətinin Hermannsburq kommunasında baş verib. Bir müddət sonra radikal solçular Indymedia platformasında bəyanat yayıblar. Onlar evin yandırılmasına görə məsuliyyəti öz üzərlərinə götürüblər və hərəkətlərini Rheinmetall konserninin Ukraynaya silah tədarükündən faydalanması ilə izah ediblər.
Bundan əlavə, radikallar əvvəllər həbs olunmuş fəal Daniela Klettenin azadlığa buraxılmasını tələb ediblər.
Baş Dövlət Təhlükəsizliyi Polis İdarəsi hadisənin başvermə şəraitini araşdırır.
Medianews.az