Serbiyanın paytaxtı Belqradda bəzi məktəblər bomba xəbəri yayıldıqdan sonra boşaldılıb.
Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Belqradın 115 məktəbinin elektron ünvanlarına məktəblərə partlayıcıların yerləşdirildiyi barədə bildirişlər göndərilib. Xəbərdarlığa əsasən hərəkətə keçən Serbiya polisi müvafiq məktəblərdən şagirdləri, müəllimləri və digər əməkdaşlarını təxliyə edib.
Bəzi məktəblərdə aparılan axtarışlar zamanı bomba izlərinə rast gəlinmədiyi üçün tədris prosesi qaldığı yerdən davam etdirilib. Təxliyə edilən digər məktəblərdə də axtarışlar başa çatana qədər tədris işləri dayandırılıb.
Medianews.az