Rusiya Ermənistana təbii qazın nəqlini müvəqqəti olaraq dayandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Qazprom Armenia” məlumat yayıb.
Məlumata görə, bu, 1-4 may tarixlərində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır.
Ermənistan istehlakçılarının qaz təchizatı indi daxili ehtiyatlar hesabına həyata keçirilir.