Filippinin paytaxtı Maniladakı Ninoy Aquino Beynəlxalq Hava Limanının üçüncü terminalında yerli vaxtla saat 01:05 radələrində elektrik enerjisində fasilə yaranıb.
Medianews.az xəbər verir ki, Filippinin paytaxtı Manilada hava limanında elektrik enerjisinin kəsilməsi səbəbindən 46 reys təxirə salınıb.
Hava limanında bir çox reysdə gecikmələrin yaşandığı, fasilə səbəbindən 46 reysin ləğv edildiyi bildirilib. Ləğvlərdən ən az 9 min sərnişinin təsirləndiyi öyrənilərkən, ləğv edilən uçuşların hamısının daxili reyslər olduğu qeyd edilib.
Manila Beynəlxalq Hava Limanının İdarəsindən (MIAA) verilən açıqlamada, səbəbi hələ müəyyən edilməmiş terminalda texniki nasazlığın baş verdiyi deyilib. Elektrik kəsilməsi səbəbiylə uçuş sistemlərində müvəqqəti fasilə yarandığı bildirilən açıqlamada MIAA ləğv və gecikmələrdən təsirlənən sərnişinlərdən üzr istəyib.
Texniki qrupların nasazlığı aradan qaldırması nəticəsində hava limanında elektrik enerjisinin təxminən 8 saat sonra bərpa olunduğu öyrənilib.
Medianews.az