“Duetlərimi bir ara dayandırdım”.
Referans.az xəbər verir ki, bunu Aysun İsmayılova “Həmin Zaur” verlişində bildirib.
Rəqsanənin özü kimi müğənnilik fəaliyyəti ilə məşğul olan qızı bunun səbəbini belə izah edib:
“Duetlərə ara verməyimin səbəbi var. Çünki bu dəqiqə öz layihələrimə daha çox başım qarışıb. Hazırda salonum (gözəllik salonu) buradan, atelyem ordan, işim burdan…”.
Zaur Aysunun “atelye” ifadəsini “otel” eşidərək gənc müğənniyə “Otelin də var sənin?” sualını ünvanlayıb. Aysun cavabında “Yox, elə şeyim yoxdur. Amma o da olar. Kimin qızından əksiyəm?!” deyib.