Bir müddətdir ayrılıq xəbərləri ilə gündəmdə olan türkiyəli aktrisa Demet Özdemir və aktyor Oğuzhan Koç haqqında yeni iddia irəli sürülüb.
Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 7 ay əvvəl ailə quran Demet və Oğuzhan yaşadıqları “evlilik böhranı”ndan xilas olmaq üçün cütlük terapiyasına getməyə başlayıblar.
Belə ki, bir çox problemlə üzləşən ikili xoşbəxt günlərinə qayıtmaq üçün peşəkar kömək axtarmaq qərarına gəliblər. Onlar bir müddətdir İstanbulun Kadıköy rayonunda Suadiye adlı məhəllədə bir mərkəzdə cütlük terapiyası görür. İddiaya görə, terapiya almaq fikri Özdemirə aiddir.
Son günlər nikah üzüyü taxmadığı üçün də tez-tez müzakirə olunan D.Özdemir yaxın ətrafına “Onsuz da ümumiyyətlə üzük taxmazdım. Bunun boşanma ilə heç bir əlaqəsi yoxdur” deyib.
Xatırladaq ki, fevralın 26-sı 31 yaşı tamam olan, lakin zəlzələ fəlakəti səbəbindən ad günü keçirmək istəməyən aktrisa üçün yaxın dostları kiçik şənlik təşkil edib. Dostlarının evində keçirilən bu kiçik şənlikdə Oğuzhan Koç həyat yoldaşını incidəcək hərəkətlər edib. Aralarındakı davanın böyüməsi səbəbindən Özdemir Koçla birlikdə evə qayıtmaq əvəzinə yaxın dostu ilə gedib.
Bir neçə gün ayrı qaldıqdan sonra Koç əlində çiçəklə həyat yoldaşının yanına gedərək üzr istəyib. Bu jestdən təsirlənən Özdemir evinə dönüb. Lakin cütlük bir neçə gün sonra yenidən mübahisə edib. Demet təkrar olaraq evi tərk edib.
Qeyd edək ki, cütlük ötən ilin avqustunda evlənib.