Türkiyə qarşıdan gələn seçkilərdən danışan zaman 14 May seçkiləri gündəm olan bir vaxtda WhatsApp qruplarında səs yazısı yayılıb.
Medianews.az xəbər verir ki, sözegedən səs yazısında “saxta seçici”-lərin olduğu iddia edilir.
Yayılan səs yazıları ilə bağlı CHP-dən Canan Kaftancıoğlu açıqlama verib.
Canan Kaftancıoğlu paylaşımında “Hörmətli İstanbullular, xahiş edirəm, WhatsApp qruplarında “mənzilimdə” və ya “qohumum”dan başlayaraq saxta seçicilərin çox olduğunu iddia edən səs yazılarına inanmayın” – sözlərini qeyd edib.
Kaftancıoğlu paylaşımının davamında, “Narahatlığa səbəb olan, kimdən gəldiyi bəlli olmayan mesajlara sizi yanıltmasın. Yaşadığınız konkret şübhəli vəziyyətlərlə bağlı həm siz, həm də təşkilatlarımız lazımi etirazları edirik. Nəticələri gözləyirik.”- deyə bildirib.
Aytac Şahin
Medianews.az