Bazar, 26 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Nəzrin
26/02/2023 10:15
119
BAXIŞ
FacebookTwitterTelegram

“Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir”.

Medianews.az reporta istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində bildirilib.

Qeyd olunub ki, ilk növbədə qeyd edək ki,Paşinyanın guya Məhkəmənin Laçın yolunun bağlandığına dair iddianı qeydə aldığı barədə şərhi heç bir şəkildə Məhkəmənin müvəqqəti tədbirlər barədə qərarının əsaslandırıldığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur.

“Bir qrup azərbaycanlı eko-aktivistlərin Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu” barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsini qəbul edə bilməyən baş nazirin Məhkəmənin məsələ ilə bağlı əsaslandırmasını təhrif etməsi təəssüf doğurur.

Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistan baş naziri görünür ki, hələ də 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatında Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub.

Ümumiyyətlə, Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı qeyd edək ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan “fasiləsiz hərəkəti təmin etmək…” əvəzinə “öz ixtiyarında olan bütün tədbirləri görməlidir”. Məhkəmə eyni zamanda, Ermənistanın yol boyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, Məhkəmə Azərbaycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermənistanın iddia etdiyi kimi “azad”, yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edib.

Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verilməsi üzrə sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

Ermənistan baş nazirinin minalar ilə bağlı Məhkəmə qərarını təhrif edən açıqlaması isə göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır. Halbuki, Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub.

Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Məhkəmənin bu qərarı Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmir. Ümumilikdə qeyd edək ki, Məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəffaf olmalıdır və yoldan sui-istifadə hallarına yol verilməməlidir. Bu səylərin tərkib hissəsi kimi, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib. Bu təklif Azərbaycanla Ermənistan arasında post-münaqişə normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin, Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir”, – nazirlikdən qeyd olunub.

DAHA ÇOX OXU

1-MANŞET

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada DAVA

26/03/2023 12:03
1-MANŞET

Erməni deputatdan ŞOK ETİRAF – ““Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər”

26/03/2023 11:52
1-MANŞET

Gündə 2 Mixək Yeyin – Bir Həftədən Sonra.. (VİDEO)

26/03/2023 11:29
1-MANŞET

Erməni mediasında AĞLAŞMA: Azərbaycan Ordusu..

26/03/2023 09:41
1-MANŞET

Əhaliyə ciddi XƏBƏRDARLIQ: 3 gün… – VİDEO

26/03/2023 09:33
1-MANŞET

Azərbaycanda ŞOK OLAY: Bu şəxs pulemyot satmaq İSTƏYİRMİŞ

26/03/2023 08:50
SON XƏBƏR

Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub - BƏYANNAMƏ

Masallıda “Heydər Əliyev və media” adlı konfrans keçirildi

İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət etdi

Xəbər lenti

Ermənistan-Türkiyə matçındakı avtoqol haqda tarixi məqam – FOTO

26/03/2023 15:43

Sevgilisinə xəyanət edən qızı belə “tutdular” – VİDEO

26/03/2023 15:28

“Şou-biznes adamları ciddi olmur, ailə qurmaram”

26/03/2023 15:04

Bakıda evdə yanğın olub – Xəsarət alanlar var

26/03/2023 14:49

Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ: Məşhur şəxs VƏFAT ETDİ – FOTO

26/03/2023 14:30

Ev almaq istəyənlərə XƏBƏR VAR – 28 mart tarixində saat 10:00-da…

26/03/2023 14:22

Məşhur azərbaycanlı aktrisa QƏZA KEÇİRDİ – Vəziyyəti… – FOTOLAR

26/03/2023 14:02

XƏBƏRDARLIQ: Azərbaycanın bəzi rayonlarında…

26/03/2023 13:51

Bakıda qeyri-adi qəza – VİDEO

26/03/2023 13:33

Novruz tətilindən sonrakı ilk iş günündə hava necə olacaq?

26/03/2023 13:13

Nigahdan kənar yaşadığı qadının evinə gizli kamera qoydu – Görüntləri izləyəndə ŞOK OLDU – Azərbaycanda olay / VİDEO

26/03/2023 13:06

Ağır qəza böyük faciəyə səbəb oldu

26/03/2023 12:37

Məşhur aktrisa xərçəngdən öldü – FOTO

26/03/2023 12:25

Səidə Sultan yenə od püskürdü : “Efirdə şir, pələng, canavardırlar” – VİDEO

26/03/2023 12:15

Türkiyə səmasında qeyri-adi görüntü: Planetlər yan-yana… – VİDEO

26/03/2023 12:05

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada DAVA

26/03/2023 12:03

Erməni deputatdan ŞOK ETİRAF – ““Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər”

26/03/2023 11:52

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın” – FOTO

26/03/2023 11:52

Rus PUA-ları vuruldu – TƏCİLİ

26/03/2023 11:47

Sevgilisinə xəyanət edən qızı sosial şəbəkələrdə … – VİDEO

26/03/2023 11:41

Gündə 2 Mixək Yeyin – Bir Həftədən Sonra.. (VİDEO)

26/03/2023 11:29

Dövlətə xəyanət edən məmur ölüm cəzası alacaq – ŞOK QƏRAR

26/03/2023 11:10

Razi Nurullayevin müsahibəsi DAYANDIRILDI – “Hansı haqla?”

26/03/2023 10:53

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı oldu – NƏLƏR MÜZAKİRƏ EDİLDİ?

26/03/2023 10:41

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.