Yapon professor Toda Şinjin bu böyüklükdə zəlzələlərin min ildə bir dəfə görülə biləcəyini söyləyərək, “Zəlzələnin nə vaxt və harada olacağını təxmin edə bilmərik. Amma eyni bölgədə (Kahramanmaraş) güclü zəlzələ ehtimalını da gözardı etməməliyik”,-deyə bildirib.
Medianews.az xəbər verir ki, Yaponiya Tohuku Universitetinin professoru Şinjin bu açıqlamaları TRT News-a danışarkən verib.
Yerləşdiyi yerə görə tez-tez böyük və dağıdıcı zəlzələlərə məruz qalan Yaponiyada zəlzələlər professoru Kahramanmaraşdakı zəlzələlərin “min ildə bir dəfə” görünə biləcək qədər şiddətli olduğunu bildirib.
Professor bildirib ki, Türkiyədə baş verən zəlzələ zamanı buraxılan enerji Kobe və Kumamoto zəlzələlərindən 15 dəfə çox olub. Məlumat üçün bildirək ki, 1995-ci ildə Yaponiyanın Kobe şəhərində baş verən Böyük Hanşin zəlzələsi 7,2 bal gücündə idi. 2016-cı ildə isə Kumamoto zəlzələsi də 7.0 bal gücündə olub.
Şinji bildirib ki, dağıntıların bu qədər böyük olmasının əsas səbəbi zəlzələ mərkəzinin səthə yaxın olmasıdır.
Medianews.az