Kahramanmaraş Pazarcık mərkəzi üzərində olan və 10 vilayətdə baş verən 7,7 bal gücündə zəlzələ xüsusilə Hatayın mərkəzində böyük dağıntılara səbəb olub.
Medianews.az xəbər verir ki, Hatayda 26 saat sonra dağıntılar altından 2 azyaşlı uşaq sağ-salamat xilas edilib.
Belə ki, Hatay’ın mərkəzində axtarış edən qruplar, bir binadan səs gəldiyini təsbit edib..
Bunun üzərinə təyin olunmuş binada işlərini intensivləşdirən qruplar, 2 uşağı sağ-salamat yerlərindən çıxarıblar.
Uşaqlar təcili yardımla xəstəxanaya aparılaraq müalicə altına alınıb.
Medianews.az