Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, həmkarı Makron Fransaya rəhbərlik edə bilməz.
Medianews.az “Star” qəzetinə istinadlA xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu səriştəsiz siyasətçi adlandırıb:
“Əslində, Fransanın başında duran şəxsin dövlətin başçısı olması üçün heç bir keyfiyyəti yoxdur. Baxın, onlar hazırda Afrika ölkələrini istismar edirlər”- deyə bildirib.
Ərdoğan onu da əlavə edib ki, Makron bütövlükdə daim etibarını itirib.
2020-ci ilin oktyabrında “Anadolu” agentliyi xəbər vermişdi ki, Türkiyə prezidenti fransalı həmkarı Emmanuel Makrona özünü yoxlatmağı tövsiyyə etmışdi.
Mehin Mehmanqızı
Medianews.az