Rusiyanın xalq artisti Dmitri Nazarov və həyat yoldaşı Olqa Vasilyeva işdən çıxarılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyorlar Moskva İncəsənət Teatrından Ukrayna ilə müharibənin əleyhinə çıxdıqları üçün kənarlaşdırılıblar.
Belə ki, teatrın bədii rəhbəri onların işdən çıxarılması haqqında qərar imzalayıb.