Artıq iki gün sonra yeni ilə qədəm qoyuruq. Geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı.
“Qafqazinfo” 2022-ci ildə Azərbaycanın mədəniyyət və siyasət sahəsində yaşanan itkiləri təqdim edir:
Belə ki, yanvarın 8-də Əməkdar artist, aktyor Novruz Qartal vəfat edib.
23 fevral – Xalq artisti, qoboy ifaçısı Kamil Cəlilov dünyasını dəyişib.
24 fevral – Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev vəfat edib.
25 fevral – Xalq artisti, xanəndə Əlibaba Məmmədov dünyasını dəyişib.
Martın 10-dan 11-nə keçən gecə – Xalq yazıçısı Rüstəm İbrahimbəyov Rusiyada vəfat edib.
12 mart – “Lalə” qızlar ansamblının ilk solistlərindən biri, müğənni Elmira Əliyeva dünyasını dəyişib.
27 mart – Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov dünyasını dəyişib.
1 aprel – Xalq artisti, rejissor Zülfüqar Abbasov vəfat edib.
19 may – Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.
17 iyul – Xalq artisti, bəstəkar Sevda İbrahimova vəfat edib.
3 avqust – tanınmış jurnalist Araz Zeynalov vəfat edib.
9 avqust – Əməkdar rəssam Arif Məhərrəmov vəfat edib.
16 avqust – müğənni, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-də vəfat edib.
3 sentyabr – Əməkdar rəssam Asif Azərelli dünyasını dəyişib.
3 sentyabr – Əməkdar incəsənət xadimi, AYB üzvü Səyavuş Məmmədzadə dünyasını dəyişib.
5 sentyabr – Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyev ABŞ-də vəfat edib.
20 sentyabr – Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib.
22 sentyabr – aktrisa Fərqanə Quliyeva dünyasını dəyişib.
28 sentyabr – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sabir Yusifoğlu dünyasını dəyişib.
30 sentyabr – bəstəkar-müğənni Rəhim Rəhimli vəfat edib.
16 sentyabr – Xalq artisti, truba ifaçısı Vaqif Abutalıbov vəfat edib.
6 oktyabr – Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə vəfat edib.
9 oktyabr – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.
23 oktyabr – Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.
4 noyabr – keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib.
15 dekabr – Əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Rəcəbov vəfat edib.
16 dekabr – aktyor Sadiq Əhmədov vəfat edib.
22 dekabr – “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev vəfat edib.
23 dekabr – Əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanov dünyasını dəyişib.
Hüseyn Məmmədsalahov