“Laçın yolunda Gömrük Postunun yaradılması, Rusiya sülhməramılarının Qarabağda qalmasının müddətinin məhdud olduğunu və uzadılmasının mümkün olmadığını göstərir”.
Medianews.az xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan deyib. O, Laçın yolundakı gərginliklə Bakının “Zəngəzur dəhlizi”ilə bağlı bəyanatları arasında birbaşa əlaqə olduğunu deyib: “İki məsələ arasında ilk dəfə olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan parlament tribunasından paralellər aparıb. Məhz o, Azərbaycan tərəfinə bu məsələ ilə bağlı necə təzyiq göstərəcəyini, daha sonra bunu cəmiyyətə “yedirə” biləcəyini təklif edib” – deputat bildirib.
Müxalifətçi bu günlərdə keçirilən Türkiyə-Azərbaycan təlimlərinə “Zəngəzur Dəhlizi”nin mümkün qüvvə ilə ələ keçirilməsi kontekstində də baxdığını deyib. Xaçatryan əmindir ki, Bakının əsl məqsədi Qarabağ yox, Zəngəzurdur: “Özü də Zəngəzur birinci mərhələdir, Bakının uzunmüddətli planında – bütün Ermənistana iddiası var. Bakı və Ankaranın planlarına görə, Ermənistan adlı kiçik bir torpaq parçası olacaq, amma bu, şübhəsiz ki, bölgədə çəkisi olan bir ölkə olmayacaq”.
Zəfər