“Bu ölkədə dərəbəylikdir? Dil qoparmaq leqallaşıb? Kimsə kimsənin dilini qopara bilməz. Əli Nur bəy də mənim dilimi qopara biləcək ən son adamdır”.
Bu sözləri Medianews.az-a açıqlamasında tanınmış aktyor Kamran Ağabalayev deyib.
O, xalq artisti Əli Nurun aktyora “Gəl üzbəüz oturaq, sənin dilini çəkib, qoparım yerindən” – sözlərinə cavab olaraq bildirib.
“Alatava”ya baxan da, baxmayan da danışır. Hazırda “Qapı” filminin çəkilişləri ilə məşğulam. Çox gözəl komanda ilə çalışırıq. Bundan əlavə xarici platforma üçün çəkilən filmlə bağlı sabah ölkədən gedirəm. Debata çıxacaq qədər bekar deyiləm. Əli Nur bəyə ilk olaraq siz çatdırın, filmə baxsın, filmin ssenarisindən xəbəri olsun, filmin rejissorunu tanısın, sonra açıqlama versin”,-deyə Kamran Ağabalaeyv bildirib.
Xatırladaq ki, Xalq artisti Əli Nur çıxışlarının birində aktyor və ssenarist Əlixan Rəcəbovun “Alatava” serialını tənqid edib.
Ayşən Rəhim
Medianews.az