Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Apple-ın Çindəki ən böyük tədarükçüsü olan Foxconn-un fabrikində çalışan 20 mindən çox işçi işdən çıxarılıb.
Foxconn-un mənbələrinə istinadən xəbər veririk ki, şirkətin 2317.TW zavodunda 20,000-dən çox işçi cümə günü işlərini tərk edib.
Dünyanın ən böyük İPhone fabrikindən işçilər arasında narazılığı artıran mükafat böhranı və Milad bayramları ərəfəsində istehsalını kəsməsi olub. İşçilərin işdən çıxarılması İPhone istehsalına ciddi şəkildə zərbə vuracağı təxmin edilir.
Foxconn məsuliyyəti qəbul edir və üzr istəyir
Şirkətdən verilən açıqlamada yeni işə qəbul edilən işçilərin mükafat ödənişlərinin “texniki səhvə görə” səhv hesablandığı və “işçilərin narahatlığının aradan qaldırılacağı,tələblərinin yerinə yetiriləcəyi” bildirilib.
Ayşən Azadova
Medianews.az