“Hazırda Azərbaycanla Ermənistan arasında Brüssel format, Praqa gündəliyi və Soçi format var. Bu istiqamətdə qərblə Rusiya arasında tərəflər arasında sülh sazişinin imzalanması üçün bir mübarizənin getdiyini deyə bilərik”.
Bu fikirləri Medianews.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, Ermənistan bu istiqamətdə Rusiyanın mövqeyindən narahatdır: “Rusiyanın bu yöndəki mövqeyini Paşinyan da qəbul etmir. Azərbaycan da Rusiya sülh planında məhz Qarabağa “status” olduğu üçün qəbul etmir. Putin də “Valday” diskussiya klubunda Qarabağ ermənilərinin hər hansı bir “statusu”nun olması mesajını verdi. Düçünürəm ki, indiki vəziyyətdə Rusiyanın iştirakı ilə sülh müqaviləsinin bağlanması gözlənilmir”.
Politoloqun sözlərinə görə, Vaşinqtonun verdiyi pərdəarxası dəstəklə Brüsselin dəstəyi ilə sülh müqaviləsinin imzalanması mümkün ola bilər: “İndiki vəziyyətdə isə həm Ermənistanın mövqeyində ziddiyyətlər, eləcə də Rusiyanın pozuculuq fəaliyyəti sülh müqaviləsinin bağlanmasını ertələyir. Hesab edirəm gələn il üçün Brüssel format daha önə keçə və sülh müqaviləsinin bağlanması istiqamətində müəyyən irəliləyişlər ola bilər”.
Zəfər
Medianews.az