Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğanı tərifləyib. “Türkiyə ilə çoxlu ortaq maraqlarımız var” deyən Putin, “Ərdoğan hər zaman Türkiyənin maraqlarını düşünən güclü liderdir” deyə əlavə edib.
Putin Moskvada keçirilən forumda açıqlamalar verib.
O, Türkiyə və prezident Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar verib. “Ərdoğan hər zaman ölkəsinin maraqlarını düşünən güclü liderdir. Onunla razılaşmaq həmişə asan olmur, lakin Türkiyə hər zaman etibarlı tərəfdaş olub və bizim bir çox ortaq maraqlarımız var”.
Putin Ərdoğanın Moskva ilə Kiyev arasında kritik rol oynadığını desə də, “Qara dəniz taxıl sazişi və məhbus mübadiləsində kömək edib”.
Nəzrin Vüsal
Medianews.az