Red Bull enerji içkisinin həmtəsisçisi, avstriyalı iş adamı Ditrix Mateschitz-in 78 yaşında vəfat etdiyi bildirilir.
Red Bull-un verdiyi açıqlamada Avstriyanın ən zəngin iş adamı sayılan Mateşitzin dünyasını dəyişdiyi açıqlanıb.
“Hazırda üstünlük təşkil edən emosiya dərin bir kədərdir, lakin bu emosiya sonda Mateschitz-in çoxlarının həyatında əldə etdiyi, səfərbər etdiyi və mümkün dəyişikliyə səbəb olduğuna görə minnətdarlıqla əvəzlənəcək” deyilib.
Red Bull brendi ilə dünyada ciddi uğurlara imza atan avstriyalı iş adamı həm də Formula 1 başda olmaqla müxtəlif idman sahələrinə sərmayələri, media və tikinti sektorundakı uğurları ilə tanınırdı.
Mateschitz-in ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməsə də, ölkə mətbuatında çıxan xəbərlərdə iş adamının mədəaltı vəzi xərçəngindən öldüyü iddia edilir.
Nəzrin Vüsal
Medianews.az