Fransa üçün Ermənistana gəldikdə, dəstəyin həddi-hüdudu yoxdur. Bu, tam şəkildə 2-ci Qarabağ müharibəsində üzə çıxdı. Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Emmanuel Makronun Ermənistanı dəstəkləyən mövqeyinə “dayan” deyib.
Azərbaycan öz haqq işini qazandı və Qarabağa tarixi ədalət gətirdi, lakin Fransanın Ermənistanı müdafiə edən mövqeyi dəyişmədi. Hətta Fransa prezidenti Emmanuel Makron da bu dəfə Rusiyanı hədəfə alıb.
Makron bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişələr Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan Rusiya tərəfindən təhrik edilib. Əslində Makron bu çıxışı ilə Rusiyanın Ukraynaya təcavüzü ilə zəifləməsindən yararlanmaq cəhdindən başqa bir şey deyil.
Siyasi ambisiyalarını cilovlaya bilməyən Makron Ermənistana arxalanaraq Qafqazda nüfuz qazanmaq istəyir, lakin Azərbaycan buna “dur” deyib. Normallaşma danışıqlarında Fransanın masa arxasında olmasını qəbul etməyəcək.
Azərbaycan prezidenti İlham Əliyev açıqlamasında bildirib ki, “Fransa bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında heç bir rol oynaya bilməz” deyib.
Nəzrin Vüsal
Medianews.az