İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarda saxlanılan və “yüngül cinayətlərdə” əli olduğu müəyyən edilən 400 nəfərin sərbəst buraxıldığı bildirilib.
İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, “Evin” və “Tehran Büyük” həbsxanalarını ziyarət edən Tehranın baş prokuroru Əli Salihi bildirib ki, İran lideri Əlinin açıqlamalarını nəzərə alaraq, ədliyyə saxlanılanların cinayət dərəcəsini müəyyən etmək üçün hərəkətə keçib. Xameneinin dünənki açıqlamalarını nəzərə alaraq Salihi saxlanılan nümayişçilərin müəyyən kriteriyalara görə qiymətləndirildiyini və daha aşağı səviyyədə cinayətlərdə iştirak edənlərin azadlığa buraxılması üçün hazırlıqların görüldüyünü bildirib.
Saxlanılanlara etdikləri ilə bağlı xəbərdarlıq edildiyini deyən Baş prokuror bu gün səhər saatlarında 400 nəfərin işlərinin araşdırılması nəticəsində sərbəst buraxıldığını açıqlayıb. Salihi qeyd edib ki, bu şəxslərdən öhdəlik götürülüb və eyni davranışı təkrarlamamaq şərti ilə sərbəst buraxılıblar.
Medianews.az