“Son vaxtlar bir sıra siyasətbazlar, dinini, imanını bilməyənlər, əlinə bir gün belə silah alıb “Vətən” deyib vuruşmayanlar, əməliyyatlara şərh verir, düşmən dəyirmanına su tökməklə məşğuldur. Neçə Şəhid dəfn etdik, biri də görünmədi, biri də o Şəhidlərin nə ailəsinin, nə övladlarının yanında olmadı. İndi nəyi isə müzakirə edir, yol göstərirlər. Bəsdir, yetər artıq…”
Bu sözləri Medianews.az-a açıqlamasında Millət vəkili Arzu Nağıyev bildirib. O, Ermənistanın havadar dövlətləri və onların əlaltılarına bu xalqı milli, irqi, dini əqidəyə görə bölməyə çalışmamalarına və Ali Baş Komandanın ətrafında sıx birləşməsinə səslədi:
Məlumdur ki, bu qüvvələr ki, Azərbaycana qarşı siyasi cəbhədə yer almış erməni havadarları olan dövlətlərin yanında durur, onların açıq deyə bilmədikləri fikirlərinin icraçısı kimi çıxış edirlər. Xaricdə gedib gizlənən, bir gün belə bu xalqın xeyrinə şərinə yararlı olmayanlar və daxildə onlara dəstək verənlər əldə edilən bütün nailiyyətlərə ikrah hissi ilə yanaşır. 44 günlük Vətən müharibəsində qazanılan Qələdəyə kölgə salmağa çalışırlar. Təbii ki, bunların da öz auditoriyaları var, amma əsasən elə özləri qınanc obyektləridirlər. Çünki bunların əqidələri ilə düşmənin əqidələri demək olar ki, fərqlənmir. Dövlətin, dövlətçiliyin, Ali Baş Komandanın, ordumuzun, əsgərin yanında olub ruh yüksəkliyi yaratmaq əvəzinə əvəzinə təxribatçıları bu və ya digər şəkildə dəstəkləyirlər. Bəli, bunların səviyyələri budur. Şəxsi ambisiyaları hər bir dəyərdən üstün tutanlar yetər artıq. Xalq hər şeyi görür, bilir və nəticə çəxarmağa qadirdir və xalqla bir yerdə biz yeni – yeni qələbələr əldə edəcəyik.
Ermənistanın havadar dövlətləri və onların əlaltıları bu xalqı milli, irqi, dini əqidəyə görə bölməyə çalışmayın, Ali Baş Komandanın ətrafında sıx birləşək. Bu gün Ali Baş komandanın rəhbərliyi altında aparılan daxili və xarici siyasət, iqtisadi islahatlar suverenliyimiz, təhlküəsizliyimiz və xalqımızın rifahı naminədir. Bunu dərk etmək lazımdır. Təbii ki, bunu həzm etməyənlər, xor baxanlar var və olacaqdır və arzuları da ürəklərində qalacaqdır. Bütün dünya bilir ki, Azərbaycanın heç kimin torpağında gözü olmayıb və olmayacaqdır.
Bu Vətən,bu torpaq hamımızındır, əsgər, zabit hamımızndır, Şəhidlər hamımızındır! Biz birlikdə güclüyük.
Yaşasın Azərbaycan!”.