Qərb ölkələrinin Ukraynaya hücumlarına görə Rusiyaya qarşı sanksiyaları davam edərkən, Rusiyanın dövlət enerji şirkəti “Qazprom” iyulun 27-də Avropaya qaz axınının təmin edildiyi “Şimal axını 1” boru kəmərində təmir işlərinə başlayıb. “Qazprom”un verdiyi açıqlamada qaz böhranının artmaqda davam edəcəyi siqnalı verilib.
Medianews.az xəbər verir ki, “Şimal axını 1” boru kəmərinin Portovaya kompressor stansiyasındakı qaz turbininin təmir üçün Kanadaya göndərildiyini, lakin alına bilmədiyini qeyd edən “Qazprom”, “Turbin mühərrikinin Portovayaya çatdırılması Kanadanın, Avropanın sanksiyaları səbəbindən mümkün deyil”,- deyə bildirib.
Qeyd edək ki, “Qazprom” iyulun 27-də “Şimal axını 1” boru kəmərinin Portovaya kompressor stansiyasında təmir işlərinə başlayıb və boru kəmərindən Avropaya qaz axını 20 faizə qədər azalıb. Baxım üçün Kanadada olan turbin Rusiyanın tələblərinə baxmayaraq, “sanksiyalar” səbəbindən təhvil verilməyib. “Qazprom” elan edib ki, hazırda Portovayada bir turbin mühərrik işləyir, çünki turbin hələ təhvil verilməyib.
Leyla, Medianews.az