Baham adalarının baş naziri vəzifəsini icra edən Çester Kuperin verdiyi açıqlamaya görə, Sun Oil ilə müqavilə bağlayan The Arabian adlı tanker gəmisi Köhnə Dəniz Bazasının ərazisində yanacaq boşaltarkən neftin dənizə töküldüyü bildirilib.
Medianews.az xəbər verir ki, Baş nazir səlahiyyətlərini icra edən Kuper bəyan edib ki, tankerdən sızan neft 30.000 qallon (113,56 kubmetr) olub, yanacaq isə Böyük Ekzuma adasındakı buxtada yığılıb.
Hadisə ilə bağlı nazirlə görüşdüyünü bildirən Kuper, rəsmilərin problemi ən qısa zamanda həll edəcəklərini bildirib.
Baş nazir səlahiyyətlərini icra edən Kuper də tanker gəmisinin müqaviləsi olan Sun Oil neft şirkəti rəsmiləri ilə əlaqə saxladıqlarını və şirkətin məsələ ilə maraqlandığını bildirib.
Qeyd edək ki, Arxipelaq ölkəsi olan Baham adalarında yerləşən Böyük Exuma adası ağ qumlu çimərlikləri və təmiz mavi dənizi ilə məşhur turizm məkanıdır.
Leyla, Medianews.az