ABŞ prezidenti Co Bayden ABŞ-ın Delaver əyalətində İqlim Dəyişikliyi ilə bağlı keçirilən yığıncaqda açıqlama verərək xərçəng xəstəliyinə tutulduğunu bildirib: “Mən və birlikdə böyüdüyüm bir çox insan xərçəng xəstəsiyik”.
Medianews.az xəbər verir ki, Baydenin bu açıqlaması dünya mediasında böyük əks-səda doğurub.
Belə ki, Delaver ştatında neft emalı zavodlarının yerləşdiyi bölgədəki iqlim böhranı ilə bağlı açıqlama verən Bayden, “məndə və mənim bigə böyüdüyüm bir çox insanda xərçəng var. Buna görə də Delaver ən yüksək riskli bölgələrdən biridir”,-deyə bildirib.
Ağ Ev isə Baydenin vəzifəyə başlamazdan əvvəl dəri xərçəngindən müalicə olunduğunu bildirib.
Leyla, Medianews.az