“Rusiyada Qərb şirkətlərinin davranışlarını nəzərə alaraq YouTube-u bloklamaq olar”.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin üzvü, deputat Anton Tkaçev deyib.
“Qərb şirkətlərinin və qeyri-dost ölkələrin şirkətlərinin qeyri-sabit davranışını nəzərə alsaq, Rusiyada YouTube-un mümkün bloklanmasından danışmaq olar. Ancaq indi tələsik nəticələr çıxarmağa və bloklamanın dəqiq tarixləri haqqında danışmağa dəyməz”, – o bildirib.
Xatırladaq ki, 4 mart 2022-ci il tarixindən etibarən Rusiyada BBC və Deutsche Welle-in Rusiyadakı saytları, “Facebook”, “Twitter” sosial şəbəkələri və “Apple”, “Google” tətbiq mağazaları bloklanıb.