Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ şəhərində baş verib.
Burak T. adlı şəxs 10 gün əvvəl boşandığı həyat yoldaşını və 3 yaşlı oğlunu yaşadıqları evdə qətlə yetirib. İntihara cəhd edən cani daha sonra polisə təslim olub.
Ana və uşağının cəsədi prokurorluğun araşdırmasının ardından morqa aparılıb. Oğlunu və keçmiş arvadını öldürən şübhəlinin evdən çıxdıqdan sonra gizləndiyi yerdə intihara cəhd etdiyi bildirilir. İntihardan vaz keçən Burak T. daha sonra polisə gedərək təslim olub. Polis idarəsində dindirildikdən sonra ədliyyəyə sövq edilən şübhəli həbs olunaraq həbsxanaya göndərilib.
Medianews.az