Rus ordusu 200 mindən çox ukraynalı uşağı qaçırıb.
Medianews.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Rusiya həm böyükləri, həm də uşaqları zorla aparır. Bu, Rusiyanın ən ağır hərbi cinayətlərindən biridir. Qarşı tərəf müharibə başlayandan bəri valideynlərindən ayrılmış ümumilikdə 200 mindən çox ukraynalı uşağı oğurlayıb”, – Ukrayna prezidenti bildirib.
Zelenski daha sonra sözlərinə belə davam edib: “Rusiya bu uşaqları evlərindən didərin salır və xüsusilə ucqar ərazilərə yerləşdirir. Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, insanlara Ukraynanı unutdurmaq və onların geri qayıtmasının qarşısını almaqdır.
Zelenski bu günə yaralanan ukraynalı uşaqların sayını da açıqlayıb: “İşğalçıların hücumları nəticəsində müharibənin əvvəlindən indiyədək 689 uşaq yaralanıb. Bu rəqəm yalnız bizim müəyyən edə biləcəyimiz bir rəqəmdir. Hələ ki, əlimizdə bütün məlumatlar yoxdur”.
Medianews.az