Məşhur milyarder İlon Mask Twitter sosial media platformasını almaq üçün tələb olunan 44 milyard dolları maliyyələşdirmək üçün başqa mənbələrdən pul taparaq istifadə edəcəyi kreditlərin həcmini azaldıb.
Medianews.az xəbər verir ki, Maskın atdığı bu addım milyarder iş adamının əvvəlki etirazlarına baxmayaraq, alışını başa çatdırmaq istədiyini göstərir.
Məlumata görə, Mask Twitter-i almaq üçün tələb olunan pulun kapital hissəsini 6,25 milyard dollar artırıb və Tesla səhmləri üçün girov olaraq saxladığı kreditin məbləğini sıfıra endirib.
Mask, həmçinin dünən verdiyi açıqlamada, sövdələşməni maliyyələşdirmək üçün Twitter səhmdarları, o cümlədən Jack Dorsey ilə əlavə maliyyələşdirməni müzakirə etdiyini söyləyib.
Məlumata görə, Twitter sövdələşməsini maliyyələşdirmək üçün Musk əvvəlcə Tesla səhmlərini girov kimi göstərərək 12,5 milyard dollar kredit götürməyi planlaşdırsa da, sonradan əlavə investorlar taparaq bu rəqəmi 6,25 milyard dollara endirib.
Leyla, Medianews.az