Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva həftələr sonra ilk dəfə ortaya çıxıb.
Medianews.az xəbər verir ki, Moskvada gənc gimnastika komandasının məşqində görüntülənən Kabayevanın barmağındakı nikah üzüyü də diqqət çəkib.
Üzünə dolğu və botoks etdirən Lina Kabayeva yeni görünüşü ilə də gündəm olub. Qısa vaxtda sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilərin də marağına səbəb olub.
Bir müddətdir görünməyən və barəsində çoxlu söz-söhbətlər dolaşan Alina Kabayevanın harada olduğu bilinmirdi. Onun ötən ay Putindən olduğu iddia edilən uşaqları ilə İsveçrədə dəbdəbəli villada gizləndiyi iddia edilmişdi. Digər şayiələrə görə, o, Putin və yaxın ətrafı ilə Sibirdə yeraltı bunkerdə olub. Ancaq Kabayeva birdən-birə Moskvada ortaya çıxıb.
İdman festivalına qatılan Kabayevanın üçüncü barmağına taxdığı nikah üzüyünə bənzər üzük diqqət çəkib. Onun gimnastlarla poza verərkən sağ barmağına taxdığı göründüyü bu üzük onların Putinlə gizli nikah bağlaya biləcəyinə dair şayiələri də gündəmə gətirib.
Qeyd edək ki, “Cosmopolitan” jurnalının rus nəşri də “Kabayevanın simasında həqiqətən çox dəyişiklik var. Əfsanəvi idmançı əvvəllər rəsmi olaraq daha yaxşı idi, – deyə yazıb.
“Russian Cosmopolitan”ın paylaşdığı fotolar aprelin 22-də “VTB Arena”da keçirilməsi planlaşdırılan xeyriyyə tədbirinin məşqlərində çəkilib.
Turan Oruc
Medianews.az