“Kiyevin Donbasa hücuma hazırlaşdığına dair təkzibolunmaz sübutlar var, Rusiya Federasiyası xüsusi əməliyyat keçirməyə məcbur olub”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski “Rossiya-24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Krım və Donbasla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır.
Medinski bildirib ki, Ukrayna təkliflərdə qeyd olunan bütün öhdəlikləri yerinə yetirsə, NATO-nun platsdarm yaratmaq təhlükəsi aradan qalxacaq.