Fransa PSJ-sinin ulduz futbolçuları Lionel Messi və Neymar klubu tərk etməyəcək.
“Lequipe” nəşrinə istinadən xəbər veririk ki, hər iki oyunçu müqavilələrinin sonunadək Paris təmsilçisində qalacaq.
Onlar yüksək maaş aldıqları üçün PSJ-dən ayrılmaq barədə düşünmürlər. Nəşr bildirib ki, dünyanın heç bir klubu Messi ilə Neymara bu qədər məvacib ödəyə bilməyəcək.
Argentinalı hücumçu illik təxminən 41 milyon avro, braziliyalı forvard isə 36 milyon avro qazanır.
Qeyd edək ki, Lionel Messinin müqaviləsi 2023-cü ilin, Neymarın sözləşməsi isə 2025-ci ilin yayında başa çatacaq.