Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərinə yola düşüb.
Bu barədə “Report”a XİN-dən məlumat verilib.
Bildirilib ki, nazir Antalya Diplomatiya Forumunda iştirak edəcək. C.Bayramovun həmçinin çoxsaylı ikitərəfli görüşləri nəzərdə tutulur.