Qalapaqos adalarında Volf vulkanı püskürməyə başlayıb.
Ada Milli Parkının məlumatına görə, vulkan püskürməsi Qalapaqos arxipelaqının unikal faunası ilə tanınan ən böyük adası olan İzabelada qeydə alınıb.
Arxipelaqın aid olduğu Ekvadorun Geofizika İnstitutu qaz və kül buludlarının 3,8 min metr hündürlüyə qalxdığını, vulkanın cənub və cənub-şərq yamacları boyunca lava axınlarının hərəkət etdiyini bildirib.
İzabela yalnız 2009-cu ildə ayrıca növ kimi tanınan unikal çəhrayı iquanaların evidir. Buranın əhalisi adanın altı vulkanının ən yüksəyi olan Volfun bilavasitə yaxınlığında yaşayan 500-ə yaxın şəxsdən ibarətdir.
Sonuncu dəfə vulkan 2015-ci ildə püskürüb. Ondan əvvəl isə 30 ildən çox yatıb.