Şairə Nazilə Səfərli sosial şəbəkə hesabında qalmaqallı paylaşım edib.

BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl xəstə yatağında olan meyxanaçı Ağakərimi ziyarət etmək istəyən Nazilə sənətçinin evinin qapısında qalıb. Onun ailə üzvləri Səfərliyə qapını açmayıblar.

İnstaqram hesabında bu haqda paylaşım edən Naziləyə Ağakərimin oğlu Kərimdən sərt reaksiya gəlib. O, Səfərlinin atasından istifadə edərək reytinqini qaldırdığını bildirib.

Bundan sonra şairə sosial şəbəkədə Kərimə bu statusu ilə cavab verib:

“Oğlu deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa “duxu” çatmayan oğul, atanın reytinq verdiyini bilirdinsə, özün niyə üç ildə bir dəfə istifadə etmirdin?

Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. Psixotrop iynələri yazığın canına doldurursunuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”

Nazilədən Ağakərimin oğluna: