Aktrisa Pərvin Abıyeva yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, “Özəl” proqramına qonaq olan aktrisa çəkilişlərdən birində yaşadığı bədbəxt hadisədən danışıb. Abıyeva həmin vaxt oynadığı rola görə xəsarətlər alaraq yaralandığını etiraf edib:
“4 ay İstanbulda aktyorluq məktəbində təhsil aldım. Əvvəl “Yanlış anlama” filmini türklərlə çəkdik. Təhsilimi aldıqdan sonra qayıtdım. Döyüş səhnəsinə çəkilərkən çiynimdən böyük bir zədə aldım.
Belə ki, orada döyüşdüyüm adamların ayağında qalın çəkmələr var idi. Həmin an ayaqları ilə belimə vurandahəmin çəkmə kürəyimi yaraladı. 15 dəqiqə yerimdən tərpənə bilmədim. Sonra rejissor çəkilişləri dayandırmaq istəsə də, mən razı olmadım və çəkilməyə davam etdim”.