Bu gün Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin təməli qoyulacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Anım Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib.

“Bu da keçən ilin dekabrında mənim sərəncamım ilə həll olunan məsələdir. Bakı şəhərində şəhərimizin ən gözəl yerlərindən birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq”, – deyə dövlət başçısı qeyd edib.