Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib.

MEDIANEWS.AZ xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:

“Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı. Anasının xəstə olduğunu deyirdi. Bir gün tanış həkimlərdən biri ilə danışdım. Sonra anasının müalicəsi üçün ona yardım etmək istədiyimi və həkim tapdıığımı dedim. Amma o təkidlə qəbul etmədi. Sonra onu araşdırmağa başladım”.

Həmin şəxsi araşdıran Gülüstün Əliyeva onun oğlan deyil, tanınmış prodüser xanım olduğunu öyrənib. Daha sonra isə onun Əməkdar artistdən başqa digər məşhur insanlara da zəng vurduğu məlum olub.