Ruslan Mirzəliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinə müşavir təyin edilib.

Medinews.az xəbər verir ki, bu barədə Oxu.Az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, R.Mirzəliyev buna qədər DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri kimi çalışıb. Eyni zamanda o, “Yüksəliş” müsabiqəsinin qaliblərindəndir.

Qeyd edək ki, hazırda DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədovdur.