Fransanın “Bastiya” klubunun konqolu sabiq futbolçusu Kristofer Mabulu 30 yaşında vəfat edib.

Bu barədə məlumat Fransa klubunun rəsmi “Twitter” səhifəsində dərc edilib.

Belə ki, sabiq futbolçu dostları ilə futbol oynayarkən qəflətən ürəyi dayanıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

K.Mabulunun karyerası Fransanın ikinci liqasında daha uğurlu alınıb. Yarımmüdafiəçi 58 oyunda iştirak edib, 11 qol ilə yadda qalıb.