Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərar verib. Bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət 1 il azadlıqdan məhrum edilib.

Medianews.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

“15 yaşında düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətə girərək hamilə qoyub.

Müəllimə bu gün Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi 1 il iş kəsilib. Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir. Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?!

 

Azərbaycanda DƏHŞƏT – 60 yaşlı müəllim 15 yaşlı qızı hamilə buraxdı

Bəs, bu uşağın gələcəyi necə olacaq?! O, özü anlamır heç nəyi, bəs bizdəmi başa düşmürük? ya bizim qız övladlarımız yoxdurmu?!

Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!” – deyə M.Zeynalova statusunda qeyd edib.

Əldə etdiyimiz məlumata görə, rəsmi qurumlar artıq məsələyə müdaxilə ediblər və hadisə araşdırılır. Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

Medianews.az

Azərbaycanda DƏHŞƏT – 60 yaşlı müəllim 15 yaşlı qızı hamilə buraxdı