Bakıda dəhşətli anlar - Yolu keçən qadını maşın vurdu - VİDEO

Bakının Xəzər rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.
Səhər saat 08:40-da Binə qəsəbəsi ərazisində “VAZ-21015” markalı avtomobil yolu keçən qadını vurub.

Ağır xəsarət alan qadın maşına mindirilərək aparılıb.

Hadisənin görüntülərini təqdim edirik.