“ARB” TV-də yayımlanan “Səhər-səhər” verilişində maraqlı faktlar açılıb.
Minval.info xəbər verir ki, proqramda mərhum Xalq artisti İlhamə Quliyevanın müğənni Firuzə İbadovaya borclu olduğu bildirilib.
Bunu verilişdə iştirak edən F.İbadova da təsdiqləyib: “O vaxtı İlhamə xanımın oğlu Orxana 8 min manat borc pul verdim. Bu da İlhamə Quliyevanın istəyi və razılığı əsasında baş tutub. Mənə demişdi ki, narahat olmayım, pul veriləcək. Dünyasını dəyişdi, Allah rəhmət eləsin. Hamı da bilir bu söhbəti. Maddi cəhətdən çətinliklərim var. Evimə görə 8 min borcum qalıb, ödəyə bilmirəm”.
Aparıcı Elgiz Əkbərin sözlərinə görə, İlhamə Quliyeva sağ ikən pulun qaytarılacağı barədə söz verib. Lakin hələ də müğəninin borcu ödənməyib: “Mən bu məsələni çoxdan bilirəm. Hətta özümü də günahkar hesab edirəm. Çünki yasda mən Firuzə xanıma dedim ki, borc məsələsini sonraya saxlasın, ödəyəcəklər. Çünki İlhamə xanım həmişə deyirdi ki, “Firuzənin pulunu verin”. İndi mirası alanlar bu pulu da versinlər”.