Den Bilzeryan adlı amerikalı milyoner ciddi tənqid atəşinə tutulub. Buna səbəb onun sevgilisinin iri tısbağanın üstündə şəkil çəkdirməsi olub. “İnstaqramın padşahı” adlandırılan bu şəxs sözügedən fotonu Neker adasına səyahət zamanı çəkdirib.
36 yaşlı milyoneri həmin vaxt sevgilisi müşayiət edib. Sonuncu 270 kilo ağırlığında və 100 yaşı olan tısbağanın belinə çıxaraq foto çəkdirib. Bu kadr isə heyvansevərlər tərəfindən ciddi tənqid atəşinə tutulub. Bir çox istifadəçilər bildiriblər ki, Ekvadordakı milli park Qalapaqosda ziyarətçilərə ümumiyyətlə heyvanlara toxunmamaq və onları narahat etməmək tapşırılır. Nadir növdən olan heyvanlara qarşı bu davranış ümumiyyətlə yolverilməz sayılır. İstifadəçilərdən biri isə yazıb ki, “Sadəcə utanın! Siz səyahətdən zövq almaq yerinə xəcaələt çəkməlisiniz. Beyinsizlər”.
Daha bir istifadəçi isə “tısbağa 100 il ona görə yaşamayıb ki, sizin kimi axmaqlar onun belinə çıxsınlar” – deyə yazıb.
Musavat.com