Aparıcı Ece Erkenin keçmiş həyat yoldaşı Serkan Uçar aktrisa Öykü Çeliklə görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məkanların birində əylənən cütlük adları eşq dedi-qodularında hallandıqdan sonra ilk dəfə paparassilərin kameralarına tuş gəlib. Öykü ilə Serkan jurnalistləri görüb təlaşa düşüblər.
Öykü əvvəlcə müxbirlərə açıqlama vermək istəsə də, daha sonra fikrindən daşınıb.