1450852164sf

Dünən AYB sədri, xalq yazıçısı Anarın qız nəvəsi Dəniz Məmmədlinin toyu olub.

Günel Anarqızının övladının toy mərasimi “Alov qüllələri”ndə keçirilib. Dəniz xanım tanınmış ailənin oğlu Vüsal Həsənovla ailə həyatı qurub. Toyda xalq şairi Fikrət Qoca, xalq artistləri Brilyant Dadaşova və Zülfiyyə Xanbabayeva iştirak edib. Aparıcısı Nərgiz Cəlilova olub.

Qeyd edək ki, Vüsal bəy keçmiş baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun qardaşı oğludur. Cütlük bundan sonra Rumıniyada yaşayacaq.

Axar.az

df1450852330anasdf