Ailəm.az-ın “Aparıcı nə aparır?” rubrikasının budəfəki qonağı ATV telekanalında məşhurlaşan, sonradan toy, konsert və tədbirləri idarə etməyə başlayan Kəmalə Piriyevadır.
– Aparıcı nə aparır?
– Özünü.
– Sizi apardığınız nədir?
– Hazırda havanı soyumağa doğru aparıram.
– Nə aparmaq xoş olur?
– Oyunu aparmaq hamıya xoş olur.
– Nəyi aparmaq istəməzdiniz?
– Səhər saat 08:00-da efirdə olan verilişi bir də aparmaq istəmərəm.
– Nəyi apara bilmirsiniz?
– Yas mərasimini.
– Ağır yük, yoxsa veriliş aparmaq daha çətindir?
– Hər mənada ağır yük daha çətin məsələdir.
– Sizi kim hara aparıb?
– Balaca bacım məni qabiliyyət imtahanına aparıb.
– Kim sizi hara, heç vaxt aparmaz?
– Mən istəsəm o aparar, elə şey eləməz!
– Siz kimi hara apara bilmədiniz?
– Dostumu hələ də piyada gəzməyə apara bilmirəm.
– Kim sizi hara aparsın?
– O aparsın, fərqi yoxdur hara.
– Nəyi apardılar, sizə qalmadı?
– “Ford Boyard”da hər kəs qızıl apardı, mən qaldım.
– Kim apardı, siz qaldınız?
– Mən apardım, o qaldı.
– Kim apara bilmir?
– Ağlı olmayan.
– Özünüzü necə aparırsınız?
-Çalışıram, yaxşı aparım.
– Kimi kimdən aparmaq olar?
– Heç kimi kimsədən aparmaq mümkün deyil, o, özü sənlə getmək istəməsə!
http://s50.radikal.ru/i130/1411/4e/92ccb3aa5c5b.jpg
http://s017.radikal.ru/i409/1411/59/6850b768a80f.jpg
http://s017.radikal.ru/i434/1411/45/69a00e9e4e10.jpg
http://s019.radikal.ru/i632/1411/bb/892bacf3fa4a.jpg
http://s020.radikal.ru/i705/1411/c9/43bbd2009a21.jpg
http://s017.radikal.ru/i415/1411/3c/5ca9df5fd62e.jpg
http://s017.radikal.ru/i417/1411/2c/03e8cb4c598b.jpg
http://s50.radikal.ru/i127/1411/6d/b694093d14dd.jpg