Azərbaycanda gedən hərbi əməliyyatlar və onunla bağlı verdiyimiz şəhidlər ölkə gündəmini və insanını ciddi məşğul etməkdədir. Demək olar ki, hər kəsin diqqəti bu mövzuya, sərhədlərimizə kilidlənib. Sadə camaatdan, mediadan tutmuş, prezidentin qızlarınacan, hər kəs bu mövzuda yazır, paylaşır, ümummilli mövzu ətrafında virtual gəzişmələr edir.
Tanınmış mühacir jurnalist Həbib Müntəzir isə ortaya çıxarıb ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun gündəmi xalqdan tamamilə fəqlənir. H. Müntəzir oxucuların gördüyü bu fotoları paylaşaraq, yazır: “ Güya haradasa müharibə gedir, camaat cəbhədən xəbər gözləyir, ailələr pərişandır. Kimi səfərbərlikdən, kimi sabah yenə şəhid xəbəri gələcəyindən narahatdı….
Və bu məqamda Ziya Məmmədovun oğlu Anar Məmmədov, özünün İnstagram səhifəsində xalqdan oğurladıqları pullarla tikdirdiyi hotel və qolf meydançasının şəklini paylaşır, bununla fəxr edir. Təəccüblənirikmi? ƏSLA!”
Beləliklə, məlum olur ki, məmmədovlar klanı növbəti dəfə xalqla deyil, özü ilədir. Məmmədovların öz gündəmləri, öz meydanları var. Onların savaş sahələri qolf meydançaları imiş.
Müsavat.com Həbib Müntəzirin paylaşdığı həmin virtual “trafey”ləri oxucularına təqdim edir.
Buradan da göründüyü kimi, oxucular Anarı söyürlər. “Cavan -cavan oğullar sərhədlərdə can verir, sizin insanlığınıza tüpürüm”, deyə bir istifadəçi yazır.
Hazırda bu fotolar Həbib Müntəzirin Facebook səhifəsində müzakirə edilir.
Anar Məmmədovun İnstaqram ünvanı budur:
http://instagram.com/p/rPq0k8sCKL/?modal=true
Müsavat.com