Ukraynanın istefaya göndərilmiş prezidenti Viktor Yanukoviç son hadisələrə münasibət bildirib.
AzNews.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, V. Yanukoviç bəyan edib ki, özünü Ukraynanın prezidenti hesab edir.
O, bildirib ki, Rusiyadan hakimiyyəti zəbt edən şəxslərin hücumundan və təhlükəsizliyinin təmin olunması məqsədilə ilə müraciət edib.
V. Yanukoviç Ali Radanın qərarını legitim hesab etməyib: “Mənə və silahdaşlarım təhlükə altında idi. Ukraynadakı vəziyyət dəyişməli və demokratik yolla seçilmiş prezidentin legitimliyi qəbul olunmalıdır. Ukraynanın cənub-şərq vilayətləri və Krım Muxtar Respublikasında baş verənlər də ölkədə hakimiyyətsizliyin olmasının bariz nümaunəsidir”.