Medianews.az
İlhamə Quliyevanı “Monstr”a bənzətdilər – FOTOFAKT
171 baxış

İlhamə Quliyevanı “Monstr”a bənzətdilər – FOTOFAKT

Aygün Kazımovanın İlhamə Quliyeva haqqında kinayəli fikirləri 

Azərbaycanın xalq artistləri İlhamə Quliyeva və Aygün Kazımova arasında yaranan qalmaqal davamlı olaraq virtual aləmə də təsir edir və hazırda da bu proses davam etməkdədir.

Mod.Az-ın məlumatına görə, A.Kazımova “Facebook” səhifəsində Brilliant Dadaşovadan sonra bu dəfə də İlhamə Quliyavanın uzun müddət əvvəl çəkilən şəklini kinayəli şərh yazıb:

“Hər zaman oturuşunu, duruşunu, danışığını bilən İlhamə Quliyevamız”.

Bundan başqa, “Facebook” sosial şəbəkəsində A.Kazımovanın pərəstişkarları İlhamə Quliyavanın şəkli ilə “Monstrlar” animasiya filminin qəhrəmanlarının birinə bənzədiblər.

Məlumat üçün bildirək ki, hər iki xalq artistləri arasında yaşanan qalmaqala səbəb bir müddət əvvəl İlhamə Quliyevanın açıqlaması olub. İ.Quliyeva Aygün Kazımova ilə Brilliant Dadaşova arasında yaranan qalmaqala görə onların fəxri adlarının alınmasını təklif edib. Üstəlik, hər iki müğənnini atdığı addımların Azərbaycan qadını adına ləkə olduğunu bildirib.
mod.az
 
 

Bizə qoşulun